Hadisə
Bakıda çərşənbə tonqalına baxan 13 yaşlı oğlan eyvandan yıxılıb öldü - FOTO

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq ölüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti 70 ünvanında baş verib.
2012-ci ilə təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Mərhumun babası Ədalət Tanrıverdiyev Teleqraf-a açıqlamasında bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: "Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".
H.Ələkbərli daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.
Hüseyn Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçıymış.
Faktla bağlı araşdırma aparılır.

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır