Azərbaycanda dərs vaxtı şagirdi QAÇIRDILAR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda dərs vaxtı şagirdi QAÇIRDILAR - YENİLƏNDİ

"Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərə cavab olaraq bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edib, sonrakı dərslərdə iştirak etməyib".

Publika.az xəbər verir ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

xxx

00:15

Goranboyda məktəbli qaçırılıb.

Publika.az "Unikal"a istinadla xəbər verir ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb.

İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm