Hadisə
Hacıqabulda fərdi evdə yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul şəhəri, Ş.Abdullayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 220kv.m. olan üçotaqlı evin bir otağında 2 kv.m. sahədə geyim dolabı yanıb.
Ev yanğından mühafizə olunub.

-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial30 Aprel 17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB30 Aprel 17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 30 Aprel 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil30 Aprel 14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman30 Aprel 13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR