Hadisə
Qızılca meşəsində yanğın baş verdi

Bu gün Gədəbəy rayonu, Qızılca meşəbəyliyində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 0.1 ha sahədə əsasən xəzəl yanıb, meşə yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial30 Aprel 17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB30 Aprel 17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 30 Aprel 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil30 Aprel 14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman30 Aprel 13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial30 Aprel 12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA