Gecə klubunda dəhşətli YANĞIN: ölənlərin sayı artdı - Yeniləndi
Bizi izləyin

Hadisə

Gecə klubunda dəhşətli YANĞIN: ölənlərin sayı artdı - Yeniləndi

Şimali Makedoniyanın Koçani şəhərindəki "Puls" adlı məkanda baş verən yanğın nəticəsində ölənlərin sayı 59-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Pançe Toşkovski bildirib.

O, 155 nəfərin yaralandığını açıqlayıb.

***

Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda dünən gecə dəhşətli yanğın olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində ən azı 50 nəfər ölüb.

Hadisə zamanı klubda təxminən 1 500 nəfər olub. Həmin vaxt konsert keçirilirmiş.

Yanğının pirotexnika səbəbindən başladığı ehtimal edilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm