Hadisə
Azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
.jpg?v1746042418)
Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində qanunsuz tikilmiş "Abşeron" kafesi sökülüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlər məlumat verib. Kafe azərbaycanlı iş adamı Əliyevə məxsus olub.
Qeyd olunur ki, "Abşeron" kafesi artıq yoxdur. Onun yerində yalnız tikinti tullantıları, beton bloklar və plitələr qalıb. Məlumata görə, buldozer hələ də sökülən müəssisənin yerində işləməkdə davam edir.
Bildirilir ki, bu bina 2009-cu ildən əvvəl sökülməli imiş. Lakin məhkəmə qərarı icra olunmayıb və yol kənarındakı kafe fəaliyyətini davam etdirib. Fevral ayında Kurqan meriyası "Abşeron"un şəhər büdcəsi hesabına sökülməsinə başlayıb. Bu iş üçün 600 min rubl xərclənib.
Kafe binasının özündən əlavə, açıq məkanları, manqal sahəsi və yardımçı tikililəri də sökülüb. Kafenin yolun mümkün genişləndirilməsi üçün söküldüyü bildirilsə də, Cənubi Ural Uprdoru bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, fevral ayında kafenin sökülməsinə başlanılması barədə xəbər vermişdik. /Lent.az

-
Art22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA