Hadisə
Bayram günlərində qəzalar bu bölgələrdə baş verib

Bayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrə səbəb olan qəzalar qeydə alınmayıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a məlumat verilib.
Bildirilib ki, bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb.
Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, habelə turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır. Bayram günlərinin xoş xatirələrlə yadda qalması üçün hər bir hərəkət iştirakçısını diqqətli və məsuliyyətli olmağa dəvət edirik", - deyə idarədən bildirilib.

-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
-
Dünya23 Aprel 18:00
Süni intellekt İsaya da çatdı: Allahın "rəqəmsal oğlu" qiyamət günü ilə bağlı nə deyib?