Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
Bizi izləyin

Hadisə

Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində baş verib.

Böyükdere küçəsində yerləşən otelin restoran hissəsində oturan 3 nəfərə iki naməlum şəxs atəş açıb. Nəticədə Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. xəsarət alıb.

Hücum edənlər hadisə yerindən qaçıblar.

Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır, Azərbaycan vətəndaşı isə yüngül xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm