Yevlaxda avtobus aşdı: 10-a yaxın sərnişin...
Bizi izləyin

Hadisə

Yevlaxda avtobus aşdı: 10-a yaxın sərnişin...

Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax rayonu Xanabad kənd ərazisində qeydə alınıb.

Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm