Hadisə
Bakıda toyda 51 nəfər zəhərləndi - YENİLƏNDİ

Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
xxx
Bu gün 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Publika.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub.
Zəruri tibbi xidmətlərdən sonra onların hamısı evə buraxılıb.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
***
Bakıda toyda kütləvi zəhərlənmə baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, genaral Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Mərasimdə zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların sayının artacağı isitsna deyil. Xəstələrdən bəzilərinin durumu ağırıdır.
Zəhərlənənlər arasında qonaqlarla yanaşı toyda oxuyan müğənnilərin də olduğu bildirilir.
İlkin ehtimallara görə, zəhərlənmə qidadan olub.
Faktla bağlı araşdırma aparılır.

-
Qoroskop00:55
Günün qoroskopu: Borc vermək və almaqdan çəkinin!
-
MDB16 May 22:20
Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
-
Kriminal16 May 21:43
Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu - Fotolar
-
İdman16 May 21:07
Neymarın bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə
-
Sosial16 May 20:22
Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı
-
Elm və təhsil16 May 19:30
Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərildi - Nə tapşırıldı?
-
Nəqliyyat16 May 19:00
Sabah bu yol bağlanacaq - İki avtobusun hərəkət istiqaməti dəyişdirilir
-
Nida Xəbər 16 May 18:50
İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - Video