Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ

Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb”, – məlumatda qeyd olunub.

xxx

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqatıtda ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

23:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Publika.az-a FHN-dən bildirilib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm