Hadisə
Bank kartlarından 31 min 340 manat oğurlandı

Vətəndaşların bank kartlarından ötən gün 31 min 340 manat oğurlanıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7845, 7700, 5000, 2997, 2000, 1200, 1000, 999, 900, 597, 245, 230, 220, 116, 100, 97, 72, 22 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək