Hadisə
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ

Quba - Qonaqkənd - Muçu avtomobil yolunun Quba rayonunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində, Qaraçayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi rayonun 60-dan çox kəndi ilə əlaqəsini çətinləşdirib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, güclü sel körpünün dayaqlarını zədələyib. Körpünün dağılmaq təhlükəsi olduğundan üzərindən hərəkət məhdudlaşdırılıb. Əraziyə xüsusi texnikalar cəlb olunub.
Körpünün vəziyyəti ilə yerində tanış olmaq üçün əraziyə Rayon Fövqəladə Hallar Komissiyasının, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri baxış keçiriblər.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, uzunluğu 101, eni isə 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb. Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. “Sürücülər üçün alternativ yollar var. Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır”, - deyə Tariyel İbrahimov media nümayəndələrinə açıqlamasında söyləyib.
***
İntensiv yağıntılar nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən Qaraçay çayı üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 1959-cu ildə inşa edilmiş, 101 metr uzunluğunda və 4 aşırımlı olan körpünün dayaqları güclü sel suları tərəfindən yuyulub.
Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.
Sürücülərə müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə etmələri tövsiyə edilir.

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma