Hadisə
Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

Aprelin 23-də vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək