Hadisə
Tovuzda ev güclü yanğından xilas edildi

Tovuz rayonu, Bozalqanlı kəndində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 40 m² olan köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evə keçməsinə imkan verilmədən qısa müddətdə södürülüb.
Yanğın nəticəsində köməkçi tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli ikiotaqlı evin bir otağının plastikdən ibarət pəncərə çərçivəsi və içərisində olan 1 ədəd dolab yanıb.
Ev yanğından mühafizə olunub.

-
Sosial23:24
"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm" - VİDEO
-
Səhiyyə23:12
Azərbaycanda cərraha yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
ABŞ22:40
Müəmmalı qara "CƏHƏNNƏM PORTALI": ABŞ səmasında nə baş verir? - VİDEO
-
Kriminal22:24
"Eşidib ki, inilti səsi gəlir" - Elgün İbrahimovun ölümünün ŞOK TƏFƏRRÜATI
-
Magazin121:50
Milyarderin aktrisa gəlini qatarda elə pozalar verdi ki... - FOTO
-
ABŞ21:40
Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ
-
Nida Xəbər 21:30
Vüqar Süleymanov vəzifəsindən AZAD EDİLDİ
-
Sosial21:20
Məşhur aparıcının adından pul qazanan şəxs ifşa edildi - FOTO