Hadisə
Azərbaycanda məktəbli qızlar arasında dava: döyüb xəstəxanalıq etdilər

Masallı rayonunda məktəblilər arasında insident olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Şərəfə kənd tam orta məktəbində qeydə alınıb.
Məlumata əsasən, məktəbdə təhsil alan bir neçə qız şagird kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli qızı döyərək ona xəsarətlər yetiriblər. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkən 2009-cu il təvəllüdlü qızın sol bud və kürək nahiyəsində zədələr aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək