Hadisə
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.
Belə ki, hadisədən əvvəl F.Talıbov özünə məxsus “Mercedes Vito” markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq ustaya aparmaq istəyib. O, özü yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş “Mercedes Vito” idarəetmədən çıxıb.
Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər “Mercedes” markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilir ki, yolun ortasında qalmış F.Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb. O, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və Masallıya aparılaraq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi
-
Ekologiya10:36
Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
-
Region10:24
İrandan nüvə obyektlərinin vurulmasına REAKSİYA