Hadisə
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsini 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
"Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaq", - Baş Prokurorluqdan bildirilib.

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı