Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi infarkt keçirdi: Xəstəxanaya çatdırıldı, amma... - FOTO
Bizi izləyin

Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi infarkt keçirdi: Xəstəxanaya çatdırıldı, amma... - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev vəfat edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, mayın 12-də infarkt keçirib və xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, hakimin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.

S.Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi olub.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm