Hadisə
Qızıl bazarında saxta məhsullar satılır - İDDİA

Son vaxtlar zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb.
Publika.az xəbər verir ki, bu iddia sadə vətəndaşlar arasında ciddi narahatlığa səbəb olur. Çünki qızılın saxta olub-olmadığını adi gözlə müəyyənləşdirmək mümkün deyil.
"Beş qramlıq qızıl almışdım, amma içindəki qızıl deyilmiş", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə deyib: "Aldığım qızılı yoxlatdırdım, sən demə, keyfiyyəti yaxşı deyilmiş".
Qanunvericiliyə görə, pərakəndə ticarət obyektlərindən alınan qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar dəyişdirilmir.
Həmçinin ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanına əsasən, sözügedən sahədə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə edilib.
Qurumdan bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən, ölkə ərazisində bu sahədə aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb.
Ətraflı Baku TV-nin süjetində:

-
Magazin118:48
Türkiyədə bu toy gündəm oldu - VİDEO
-
İdman18:00
Prezidentin nəvələri Dana Uayt və Həbib Nurməhəmmədovla bir arada - FOTOLAR
-
Region16:00
Biz indi kiminlə masaya oturacağımızı bilmirik - Əraqçi
-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi