Hadisə
Avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi

Şirvan şəhərində sürücü dispetçeri döyüb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib.
9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib.
Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO