Hadisə
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş

Silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən N saylı hərbi hissənin əsgəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparılan istintaqla Rüfətin əsgər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əsgər Tale Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə, Rüfətin ona “yetim” deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Tale bu sözləri qəbul etməyərək əsgər yoldaşını öldürmək qərarına gəlib.
Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əsgərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt onun yadına Rüfətlə aralarındakı mübahisələr düşüb.
Hisslərini cilovlaya bilməyən Tale silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib.
Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib.
Lakin toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmə kimi qiymətləndirilib.
Hökmə əsasən 20 yaşlı Tale əsgər yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini ümumi, qalan 13 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi