Hadisə
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır

Sumqayıtda müəssisədə partlayışda beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır.
Publika.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində baş verən partlayış səbəbindən mayın 20-si saat 12:20 radələrində beş kişi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
xxx
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi
-
Dünya10:48
İran BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi
-
Ekologiya10:36
Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
-
Region10:24
İrandan nüvə obyektlərinin vurulmasına REAKSİYA