Hadisə
Təyyarədə qorxulu anlar: Tualetdə bomba təhlükəsi, 339 sərnişin, 10 ekipaj üzvü...

Los-Ancelesə uçan "United Airlines" reysi tualetin güzgüsündə "narahatedici" yazının tapılmasından sonra geri dönmək məcburiyyətində qalıb və nəticədə Havay adalarına uçuş gecikib.
Publika.az xəbər verir ki, bu barədə "FlightAware" məlumat yayıb.
Honolulu və Cənubi Kaliforniya arasında uçan iki təyyarə təhlükəsizlik məqsədi ilə geri dönməli olub: biri bomba təhlükəsi, digəri isə tualet güzgüsündə aşkarlanan yazıdan sonra "təhlükəsizlik narahatlığı" səbəbindən.
"United Airlines" təfərrüatları açıqlamayıb və 339 sərnişin, 10 ekipaj üzvünün hamısının Honoluluya qayıtdığını və sonrakı uçuşlarda yenidən rezervasiya edildiyini bildirib.
"Honoluludan Los-Ancelesə uçan təyyarə tualedəki güzgüdə "Potensial Təhlükəsizlik Riski" işarəsi aşkar edildikdən sonra sağ-salamat Honoluluya qayıdıb", - açıqlamada qeyd olunub.
Təyyarə hüquq-mühafizə orqanları tərəfindən qarşılanıb və müvafiq yoxlama aparılıb.
"Mən daha sonra hava limanının təhlükəsizlik menecerindən öyrəndim ki, kimsə tualetin güzgüsünə təyyarədə bomba olduğunu yazıb", - sərnişinlərdən biri deyib.
Adəm

-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO