Hadisə
Binanın blokunda narkotikdən istifadə etdilər - Anbaan video

Bakının Yasamal rayonunda yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotikdən vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.
Həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotik vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO