FHN Mingəçevirdəki partlayışla bağlı məlumat yaydı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

FHN Mingəçevirdəki partlayışla bağlı məlumat yaydı - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88kv.m. olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Mingəçevirdə fərdi evdə baş verən partlayışın təfərrütaları məlum olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, partlayış Əfqanlar küçəsində yaşayan Rəşad Bayramova məxsus evdə qeydə alınıb.

İkisi uşaq olmaqla 4 nəfər ailə üzvü partlayış zamanı evdə olub. Hadisənin baş verməsinə səbəb qaz sobasında sızma olub.

Partlayışın gücü evin dam örtüyünü dağıdıb və evə müəyyən qədər ziyan dəyib.

Xəsarət alan evin xanımı Səidə Bayramova xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti kafi qiymətləndirilir.

***

Mingəçevirdə fərdi yaşayış evində partlayış olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağlar yaşayış massivində yerləşən fərdi təsərrüfatda qeydə alınıb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə evdə dağıntılar baş verib.

Hadisə zamanı 1986-cı il təvəllüdlü Bayramova Səidə xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm