Hadisə
5 yaşlı uşaq yük avtomobilinin altında qaldı

İyunun 16-da axşam radələrində Zaqatalanın Muxax kəndi ərazisində azyaşlının yük avtomobilinin altında qalması ilə bağlı hadisə baş verib.
Publika.az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində Muxax kənd sakini, 5 yaşlı Elman Sulxayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili Tibbi Yardım bölməsinə daxil olub. İlkin araşdırmalarla azyaşlının “Kamaz” markalı yük avtomobilinin altında qaldığı məlum olub.
Elman Sulxayevə ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxananın cərrahiyyə şöbəsinə yönləndirilsə də, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
(Azərtac)

-
Magazin103:13
Bu da "Göyçək Fatimə"nin sökdürüb yenidən tikdirdiyi dəbdəbəli BAĞ EVİ - VİDEO
-
Hadisə01:11
Ayın 8-i KABUSU - Ailənin 5-ci üzvü də öldü
-
Art00:30
Aşıq Əhlimanla bağlı ÜZÜCÜ XƏBƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Potensial kritik anlar var
-
Hadisə8 İyul 23:48
Faciəvi şəkildə həlak olan Nuranə ilə bağlı daha bir açıqlama - 10 il əvvəl... / VİDEO
-
ABŞ8 İyul 22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop8 İyul 21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq8 İyul 21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ