Hadisə
Bakıda 23 nəfərə qarşı dələduzluq: Aralarında bank departamentinin direktoru da var

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim etməklə çox sayda vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Vüsal Hüseynağa oğlu Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəmədə hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, bundan əvvəl bu cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb. Lakin o, ötən il vəfat etdiyi üçün cinayət işi yenidən araşdırılmağa başlayıb.
Prosesdə iki zərərçəkmiş - Rahib Rəhimov və Emil Babayev iştirak ediblər. Anket məlumatları dəqiqləşdirililən zaman Emil Babayevin Bank Avrasiyanın departament direktoru vəzifəsində işlədəyi məlum olub.
Təqsirləndirilən Vüsal Bağırov bildirib ki, ibtidai istintaq zamanı qanunsuzluqlara yol verilib. O, dövlət ittihamçısı Cövdət Mehrəliyevə etiraz edib və onun dövlət ittihamçısı qismində çıxış etməsini istəməyib.
Hakimlər etiraza baxmaq üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər dövlət ittihamçısına qarşı verilən etirazın təmin edilmədiyini elan ediblər. Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri müəyyən olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və başqaları da var.
İstintaq sənədlərində göstərilib ki, Bakıda və Abşeron rayonunda zərərçəkmiş şəxslərə özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edib. Onların mənzilini təmin etdirəcəyini dair söz verib.
Bundan başqa, o, bəzi zərərçəkmişlərə fərdi yaşayış evi tikdəcəyini deyib, onların pullarını ələ keçirib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü günahkar bilməyib.
Qeyd edək ki, Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külii miqdardr zərər vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edib.
Xatırladaq ki, ona qarşı istinintaq zamanı əvvəlcə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham verilib.
Lakin sonradan cinayət qurbanlarının sayı və dəymiş zərərin məbləği artıb.
V.Bağırovdan yeni şikayətlər daxil olub və ona görə də onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ümumilikdə yarım milyon manata yaxındır.

-
Magazin206:16
Məşhur aktyor aparıcı sevgilisi ilə nişanlandı - FOTO
-
Magazin103:13
Bu da "Göyçək Fatimə"nin sökdürüb yenidən tikdirdiyi dəbdəbəli BAĞ EVİ - VİDEO
-
Hadisə01:11
Ayın 8-i KABUSU - Ailənin 5-ci üzvü də öldü
-
Art00:30
Aşıq Əhlimanla bağlı ÜZÜCÜ XƏBƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Potensial kritik anlar var
-
Hadisə8 İyul 23:48
Faciəvi şəkildə həlak olan Nuranə ilə bağlı daha bir açıqlama - 10 il əvvəl... / VİDEO
-
ABŞ8 İyul 22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop8 İyul 21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək