Hadisə
Narkokuryerlik edən tiktoker saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ondan 2 kq 885 qram heroin, 1 kq 230 qram tiryək və 2 kq 765 qram marixuana aşkarlanıb.
S.Balakişiyev narkotikləri “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrədən birinin vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumlikdə 27 fakt aşkar edilib. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib.

-
Magazin113:27
Vüsalə Əlizadənin efir libası sosial medianı silkələdi - VİDEO
-
Hadisə12:14
Dünya bu faciədən danışır: Məşhur iş adamının arvadı onu vurdu, sonra da... - FOTOLAR
-
Region11:39
Paşinyan-kilsə müharibəsində yeni mərhələ: II Qaregin əks-hücuma başladı
-
Region10:45
Bütün gözlər Kızılcahamamda: Ərdoğanın “tarixi çıxışı”ı başlayır
-
Sosial10:18
Temperatur yüksəldi, Bakı metrosu “sauna”ya çevrildi: Qurumun rəhbərliyi deyir ki...
-
MDB09:10
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - Keçmiş polkovnik
-
Hadisə08:40
Azərbaycanda zəlzələ oldu
-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif