İsmayıllıda ağır qəza can aldı
Bizi izləyin

Hadisə

İsmayıllıda ağır qəza can aldı

İsmayıllıda ağır yol qəzası baş verib, ölən var.

Publika.az xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi "Kia" və Zeynəddin Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm