Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs ələ keçdi
Bizi izləyin

Hadisə

Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs ələ keçdi

Rusiyanın Novosibirsk şəhərindəki Tolmaçevo Hava Limanında gömrük işçiləri rusiyalı sərnişinin baqajında qırmızı maralın 2,6 kq-dan çox çəkiyə malik iki buynuzunu aşkar ediblər.

Publika.az xəbər verir ki, bu barədə Sibir Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, qanun pozucusu təsadüfi yoxlama üçün "yaşıl dəhliz"dən keçərkən saxlanılıb.

Sərnişinin Novosibirskdən Bakıya uçduğu bildirilib. Buynuzlar rentgen cihazı vasitəsilə aşkar edilib.

Qeyd olunub ki, qırmızı maralın buynuzları ilə ticarət nəsli kəsilməkdə olan vəhşi fauna və flora növləri üzrə beynəlxalq konvensiyaya (CITES) əsasən qadağan edilib.

Sərnişin izah edib ki, o, buynuzları Altay Respublikasında tətildə olarkən hədiyyə olaraq alıb.

Qanunu pozan şəxsə qarşı iki iş açılıb: Qadağalara və məhdudiyyətlərə əməl etməmək (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi) və malların bəyan edilməməsi (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi).

(Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm