Hadisə
Xocavənddə mina partladı - Xəsarət alan var/Yeniləndi
Xocavənddə minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Xocavənd rayonu ərazisində baş vermiş partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 09:40 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
***
İşğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina partlayışı olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Publika.az-a bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əhəd Əhədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













