Hadisə
4 metrlik timsah gənc qadını öldürdü: Görün son sözü nə oldu
ABŞ-da 31 yaşlı turist Britani Klark Floridada timsah hücumuna məruz qalaraq faciəvi şəkildə həyatını itirib.
Publika.az xəbər verir ki, hadisə iyunun 28-də Floridadakı Litl-Biq Ekon Dövlət Meşəsində yerləşən Ekonlokhatçi çayında baş verib. Britani Klark sevgilisi Çens Ellison və rəfiqəsi Ceyden Ernandeslə birlikdə çayda çimərkən təxminən 4 metr uzunluğunda timsah qəfil onlara hücum edib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının sol qolu çiyin nahiyəsindən, sağ qolu isə dirsəkdən demək olar ki, tam qopub. Onun sol körpücük sümüyü, kürək sümüyü və qolunda timsahın diş izləri aşkarlanıb.
Sevgilisi Çens Ellison bildirib ki, timsah qəfil peyda olaraq Britaniyə hücum edib. O, qadını xilas etməyə çalışsa da, buna nail ola bilməyib.
Ağır yaralanan Britani xilasediciləri gözləyərkən sevgilisindən yürüşə apardıqları "Hoki" adlı alman çoban itinə sahib çıxmasını istəyib. Bu, onun son sözlərindən biri olub.
Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisədən sonra ovçular hücumun baş verdiyi ərazidə timsahı məhv ediblər. DNT analizi nəticəsində məhz həmin timsahın Britani Klarka hücum etdiyi təsdiqlənib.
Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)



.jpg)












