Hadisə
Gəncədə kütləvi dava: Bir nəfər öldü, üç nəfər yaralandı - YENİLƏNDİ
Bu gecə Gəncə şəhərində 43 yaşlı Azər Yusifovun ölümü və daha üç nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın bəzi təfərrüatları bilinib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, dava şəhərdəki "Günəş" restoranında baş verib. Tanışlar restoranda yeyib-içdikdən sonra mübahisə ediblər.
A.Yusifov mübahisə edən şəxsləri ayırmaq istəyərkən bıçaqlanıb. O, hadisə yerində vəfat edib.
Dava zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və Azamat Peşerskiy bıçaqlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
xxx
Kütləvi dava zamanı qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
xxx
Gəncədə kütləvi dava ölümlə nəticələnib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin qarşısında baş verib.
Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaqlanıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA






























.jpg)


