Hadisə
Nərimanov rayonunda yanğın baş verdi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev 5 ünvanında yerləşən dördmərtəbəli mansard tipli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli mansard tipli binanın ikinci mərtəbəsində yerləşən ofisdə baş verdiyi məlum olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Binada köməksiz vəziyyətdə qalmış bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən xilas olunub.
Yanğın nəticəsində ümumi sahəsi 90 m² olan beşotaqlı ofisin bir otağı 30 m² sahədə və otaqdakı digər əşyalar yanıb.
Ofisin digər otaqları və binadakı başqa obyektlər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı





















.jpg)



.jpg)











