Hadisə
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - FOTO
Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur.
Publika.az xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağlı heç bir məlumat əldə edə bilmirlər: “İyulun 6-sı Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş vermişdi. Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Keçirilən əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilmiş, 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Lakin hadisə zamanı itkin düşən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi, FL-195 qrupunun əlaçı tələbələrindən olan 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları artıq 30 gündür ki, nəticə verməyib”.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) iyulun 24-ü yaydığı məlumata görə, iyulun 6-sı paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları davam etdirilir.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı















.jpg)






.jpg)





.jpg)










