Hadisə
Kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNDİ
Nicat Şərifazdənin meyitinin tapılması barədə Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
FHN-dən Publika.az-a verilən məlumatda deyilir:
"Avqustun 4-də Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".
xxx
Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Publika.az xəbər verir ki, FHN-in dalğıc-axtarış qrupu 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin meyitini batdığı yerdən 1 kilometr aralı məsafədə aşkar edib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Nicat 8 saylı Mingəçevir şəhər tam orta məktəbinin şagirdidir. Yeni tədris ilində 9-cu sinifdə oxuyacaqdı. Ailədə özündən başqa bir bacısı var.
Hadisə avqustun 5-də Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində baş verib.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı















.jpg)






.jpg)





.jpg)










