Hadisə
Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
Beyləqanda kanalda boğularaq ölən yeniyetmənin ölümü ilə nəticələnən hadisə ilə bağlı TƏBİB məlumat açıqlayıb.
Publika.az xəbər verir ki, məlumata görə, 07.08.2026-cı il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Beyləqan rayonundan sudaboğulma diaqnozu ilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında çimərkən boğularaq dünyasını dəyişib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Murad Ramil oğlu Əmrahlı Bünyatlı kəndi ərazisindən keçən su kanalında çimərkən qəfildən boğulub.
Ətrafdakı kənd sakinlərinin səyləri nəticəsində yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb.
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
















.jpg)




.jpg)






.jpg)









