Hadisə
Tovuzda ev yandı
Tovuzda vətəndaşa məxsus, ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli yaşayış evində yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdəki əşyalar çıxarılıb. Evdə olan azyaşlı və yeniyetmələr isə qonşuların köməyi ilə təhlükəsiz əraziyə çıxarılıb. Hadisə nəticəsində ev sahibi, 35 yaşlı Könül Həsənova tüstüdən zəhərlənib. O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"












.jpg)













.jpg)











