Hadisə
Bakıdakı güclü yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
Bakı Neft Terminalı ərazisində baş verən yanğın söndürülüb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
18:56
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xətai rayonu, Bakı Neft Terminalı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Qurumdan Publika.az-a verilən məlumata görə, avqustun 9-u saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.
xxx
16:32
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



















.jpg)













.jpg)











