Hadisə
Keçmiş şahzadə Endryu təqib edildi: Maskalı şəxs onun maşınının arxasınca qaçdı
Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu Mauntbetten-Vindzor qəribə təqibə məruz qalıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 66 yaşlı Endryunun sözlərinə görə, hadisə mayın 6-da Norfolk qraflığındakı Sandrinqem malikanəsinin yaxınlığında baş verib.
O, gəzinti zamanı paparassilərin avtomobili olduğunu düşündüyü bir maşın görüb. Lakin mühafizəçiləri ilə birlikdə avtomobilin yanından keçərkən maskalı şəxs ona tərəf dönüb və kim olduğunu anladıqdan sonra qışqıraraq Endryunun maşınının arxasınca qaçıb.
Hadisədən sonra keçmiş şahzadə məhkəməyə müraciət edib. Təqib edən şəxsin 39 yaşlı Aleks Cenkins olduğu müəyyənləşib. Evsiz olan Cenkins ictimai asayişi pozmaqda və Endryuya qarşı təhdidedici, təhqiramiz ifadələr işlətməkdə ittiham olunur. Onun telefonunda “Endryu”, “Sandrinqem” və “silah” sözləri üzrə axtarışlar aşkarlanıb.
Məhkəmə iclasına itlə gələn Cenkins binaya buraxılmayıb. Vəkili itin müvəkkilinə emosional dəstək verdiyini bildirsə də, hakim bunu təsdiqləyən sənəd olmadığı üçün heyvanın məhkəməyə buraxılmasına icazə verməyib.
Cenkins ittihamı rədd edir. O, bir müddət Psixi Sağlamlıq haqqında qanun əsasında nəzarətdə saxlanıldıqdan sonra hazırda girov müqabilində azadlıqdadır. Ona Sandrinqem, Bukingem sarayı, Balmoral, Vindzor və Hayqrov da daxil olmaqla kral iqamətgahlarına yaxınlaşmaq, həmçinin Endryu ilə əlaqə saxlamaq qadağan edilib.
Qeyd edək ki, məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub. Keçmiş şahzadə prosesdə videobağlantı vasitəsilə iştirak edəcək.
Müəllif: Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)
.jpg)










