Hadisə
Dənizdə boğulma halları niyə artır? - Video
Xəzər dənizində suyun səviyyəsinin azalması boğulma riskini artırır. Çünki su çəkildikcə hövzənin dib quruluşu dəyişir.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, dənizin səviyyəsinin azalması suyun temperaturuna da təsirsiz ötüşmür.
Onun sözlərinə görə, suyun temperaturunda kəskin dəyişikliklər dənizdə təhlükəsizlik baxımından nəzərə alınmalı amillərdəndir.
Mütəxəssislər qeyd edirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması nəticəsində əvvəllər su altında qalan bəzi sahələrdə çökəkliklər və digər təhlükəli ərazilər yaranır. Bu isə xüsusilə suyun dərinliyini düzgün qiymətləndirə bilməyən şəxslər üçün risk yaradır.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.
Qeyd edək ki, bu il Azərbaycanda çimərlik mövsümü başlayandan qeyri-çimərlik ərazilərdə suda batan 40-dan çox şəxsin meyiti aşkarlanıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)
.jpg)










