Hadisə
Meşədə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi ilə bağlı faktlar üzə çıxdı - Video
Xəbər verdiyimiz kimi, ötən gün meşədən 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri aşkarlanıb.
Publika.az xəbər verir ki, Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə bildirib ki, oğlu anasının yanına getdiyini deyib:
"Zəng eləmişdim ona. Dedim, hardasan? Dedi, Lənkərana gedirəm. Soruşdum ki, nə məsələdir? Dedi, heç bir problem yoxdur, salamatlıqdır. Anam oradadır, mən də onun yanına gedirəm.
Bir gün keçdi, zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur, harasa gediblər. Dedilər ki, guya Bakıya gediblər, bir dəfə də Sumqayıta getdiklərini söylədilər. Nə qədər zəng etsəm də, telefonlarına zəng çatmadı.
Dünən mənə dedilər ki, rayona gedib uşaqların olmadığı barədə məlumat verim. Dünən gedə bilmədim, bu gün səhər gəldim. Evə təzə çatmışdım, xəbər gəldi ki, uşaqları tapıblar".
Qeyd edək ki, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olublar.
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO











.webp)

.jpg)
.jpg)









.webp)













