Hadisə
Samuxda zəhərlənənlərin sayı artdı: AQTA hadisəni araşdırır - YENİLƏNDİ
Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.
Publika.az xəbər verir ki, faktla bağlı daha 4 nəfər xəstəxanaya gətirilib.
2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il yəvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
xxx
Samuxda baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.
Publika.az xəbər verir ki, AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisə nəzarətdədir.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda vurğulanıb.
xxx
Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhət adına xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən şəxslər 42 yaşlı Seymur Əliyev, 40 yaşlı Elçin Cabbarov, 51 yaşlı Mehriban Orucova, 46 yaşlı Azər Allahverdiyev və 50 yaşlı Məlahət Allahverdiyevadır.
Zəhərlənən şəxslərin Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olduğu bildirilir.
İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi güman edilir.
Faktla bağlı araşdırma başlanılıb.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO






.jpg)




















.jpg)










