Hadisə
Lənkəranda yanğın baş verdi
Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində yanğın başlayıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, ilkin məlumata görə, yanğın 30–50 hektara yaxın quru ot və kol-kos sahəsini əhatə edib.
Ərazidə küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub.
Yanğının söndürülməsi üçün Lənkəran şəhəri və Liman qəsəbəsi ilə yanaşı, Masallı rayonundan da əlavə qüvvə və texnikalar əraziyə cəlb edilib.
Məlumata görə, yanğının bir istiqaməti artıq yaşayış evlərinə doğru irəliləyib. Hazırda alovla evlər arasında təxminən 15 metr məsafə qalıb.
Yanğından yaranan tüstü uzaq məsafədən də müşahidə olunur.
Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
-
Region06:16“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - VİDEO
-
İdman04:44Mbappe dubl etdi, "Real" darmadağınla qələbə qazandı - VİDEO
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO





































