Hadisə
Baş Prokurorluq mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yaydı
Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məlumat verilir.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Vətən müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən mina hadisələri ilə bağlı hər bir fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalar aparılır, hadisələrin bütün halları, o cümlədən partlayışların səbəb və şəraiti müəyyən edilir.
Mina təhlükəsinin aradan qaldırılması işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, ərazilərin bərpası və dayanıqlı məskunlaşma baxımından mühüm əhəmiyyət daşıyır.
Vətəndaşları və həmin ərazilərə səfər edən şəxsləri bir daha yalnız müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadə etməyə, xəbərdarlıq nişanlarına və aidiyyəti dövlət qurumlarının tövsiyələrinə ciddi əməl etməyə çağırırıq.
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək






.jpg)









.jpg)







.jpg)










