Hadisə
Əncir ağacından yıxılan 60 yaşlı kişi öldü
Astara rayonunda kişi ağacdan yıxılaraq ölüb.
Publika.az xəbər verir ki, bədbəxt hadisə rayonun Siyəkü kəndində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Ehtiyatsızlıq nəticəsində ağacdan yıxılan F.Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi






































