Hadisə
Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu - FOTO
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.
Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. ("Report")
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








