Hadisə
Tovuzda üç uşaq anası itkin düşdü
Tovuz rayonunda 26 yaşlı qadının itkin düşdüyü bildirilir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, üç uşaq anası olan Cəlilova Lamiyə Səməd qızı avqustun 6-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, Lamiyə bir müddət əvvəl Qazıqulu kəndində yerləşən ata evinə gəlib. Sonuncu dəfə də məhz burada görülüb. Bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmayıb. Lamiyənin evdən getməsindən sonra dərhal polisə məlumat verilib. Hazırda onun tapılması üçün axtarış tədbirləri davam etdirilir. İlkin məlumata görə, Lamiyənin ailəsində müəyyən narazılıqlar olsa da, onun itkin düşməsinə səbəb ola biləcək konkret hadisə barədə məlumat yoxdur. Valideyinləri qadının tez-tez ağlayıb, lakin narahatlığının səbəbini onlara açıqlamayıb.
"Ayın 6-sı saat 11-də mən işləyirdim. Balaca qızı çağırdım, dedim, “maman hanı?” Dedi ki, yoxdur. Gəldim evləri axtardım, yox idi. Balaca da yatırdı. O gedən gedib. Polisi yığdım, 102-yə müraciət elədim.
Ailədə problemləri yox idi. Görürdüm, oturmaq istəmir. Dedim, istəmirsənsə, məhkəməyə verək, boşan.Mən də bir həftə idi gətirmişdim.
Keçən il bir dəfə də qaçıb gəlmişdi, iki aydan sonra qayıtdı, getdi. On ildir oradadır. İlk dəfədir belə evdən gedir. Psixoloji problemi elə bil, əsəbləri yerində deyildi - L.Məmmədovanın anası Sevil Məmmədova bildirib.
Lamiyənin mobil telefonu polis əməkdaşları tərəfindən götürülərək araşdırılıb. Hazırda onun harada olduğu və hansı istiqamətə getdiyi məlum deyil. Lamiyə haqqında məlumat öyrənmək üçün onun ər evi isə danışmaq istəmir.
"Mənim övladım ayın 6-sı günü saat 10-11 arası çıxıb gedib. Hələ xəbər yoxdur. Polis də axtarır, xəbər yoxdur. Ər evində bir az yoldaşı ilə narazılığı var idi. Qaynanası, qaynatası ilə heç bir problemi yox idi. Heç nə demirdi, eləcə ağlayırdı.
Vəsiqəsini deyəsən götürüb. Uşaqlar yatmışdı, sakitcə gedib.
11 gündür yoxdur. Təki sağ-salamat tapılsın." - Atası Səməd Məmmədov bildirir.
Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.
Ailə üzvləri Lamiyə barədə hər hansı məlumatı olan şəxslərdən bu barədə aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.
-
Sosial16:22Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir
-
Sosial15:23Şuşa və Xocavəndin kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - YENİLƏNDİ
-
Region14:32Baxçalıdan Öcalanla bağlı ÇAĞIRIŞ
-
İdman12:54Cazibədar futbolçu peşəsini dəyişdi: Gəliri 30 dəfə artdı - FOTOLAR
-
Yaxın Şərq12:26Nazir “qara siyahı” tələb etdi: Hər gecə 30-40 nəfər öldürülsün!
-
Rəsmi xronika11:45İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
-
Avropa09:34Putinin sözləri təşviş yaratdı: Bu ölkə “ən pis ssenari”yə hazırlaşır
-
Magazin208:24Conni Deppə şok: Cek Sərçə yeni filmdə ikinci plana keçirilir




























.jpg)

.jpg)





