Hadisə
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı: Məclisə gedirmişlər - Foto/Yeniləndi
Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzanın müəyyən təfərrüatları bilinib.
Publika.az xəbər verir ki, qəzaya süşənlər hadisə zamanı həyatını itirən "VAZ 2106" markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllər-Cəyir kəndində bu gün keçirilməsi nəzərdə tutulan kiçik toy mərasimindən öncə təşkil olunan "çiyər axşamı"na gedirlərmiş.
Qəzada Ə. Aslanovla yanaşı İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) həlak olub.

Elvin Məmmədov

İlahə Məmmədova

Zəhra Vəliyeva
xxx
Şəmkirdə yol qəzasında ölən və xəsarət alan şəxslərin bəzilərinin kimliyi məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzada İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992), Zəhra Vəliyeva (2018) və "VAZ 2106" markalı avtomobilin sürücüsü Əlizamin Aslanov (1981) həyatlarını itiriblər.
Hadisə nəticəsində "VAZ" ın sürücüsü Əlizamin Aslanovun oğlu Qoşqar Aslanov, Zeynab Aslanova, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynov yaralanıblar.
Vəfat edən şəxslər Mahmudlu kəndinin sakinləridir.
***
Şəmkirdə ağır yol qəzası baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində - Əliyaqublu kəndində qeydə alınıb.
“VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








